"Barselona"nın iki ulduzu sıradan çıxdı - Xavi açıqladı

"Barselona"nın iki ulduzu sıradan çıxdı - Xavi açıqladı

La Liqanın son turunda "Atletik"lə oyunda heç-heçəyə (0:0) razılaşaraq ikinci yerə yüksəlmək şansını əldən verən "Barselona" həm də ciddi itkilərlə üzləşib.

Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçiləri Pedri və Frenki de Yonq zədələnərək sıradan çıxıblar. 

Bu barədə komandanın baş məşqçisi Xavi oyunsonrası mətbuat konfransında məlumat verib: "Deyəsən, ciddi zədələr var. Çox kədərliyəm. Çünki onlar çox güman, bir müddət bizə kömək edə bilməyəcəklər”.

Qeyd edək ki, "Barselona" martın 9-da La Liqa çərçivəsində "Malyorka" ilə qarşılaşacaq, dörd gün sonra isə Çempionlar Liqasının pley-off mərhələsində "Napoli" ilə cavab matçına çıxacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər