"Barselona"nın hücumçusu "Sportinq"ə keçir

"Barselona"nın hücumçusu "Sportinq"ə keçir

İcarə əsasında "Vulverhempton"da çıxış edən, müqavilə ilə "Barselona"ya məxsus olan Fransisko Trinkan karyerasını Portuqaliyada davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, bu barədə "Record" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, İngiltərə klubu 22 yaşlı hücumçunun transfer haqqına birdəfəlik yiyələnmək fikrində deyil. Əks halda, "Barselona"ya 30 milyon avro ödəmək lazım gələcək.  

Belədə, “Sportinq” dövrəyə girib. Klubun baş məşqçisi Ruben Amorim artıq Trinkanla əlaqə saxlayıb və onu komandasında görmək istədiyini açıqlayıb. Gənc forvard artıq "Braqa"da bu mütəxəssislə çalışdığı üçün Portuqaliya klubuna keçməyə razıdır.

Trinkan bu mövsüm İngiltərə Premyer Liqasında 27 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. O, 2020-ci ildən Portuqaliya millisinə çağırılır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər