"Barselona"nın futbolçusu "Yuventus"a keçməyə razılıq verdi

"Barselona"nın futbolçusu "Yuventus"a keçməyə razılıq verdi
"Barselona"nın yarımmüdafiəçisi Arturu növbəti mövsümdən "Yuventus" forması ilə izləyə bilərik.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Artur "Yuventus"a keçməyə razılıq verib. "Barselona" Miralem Pyaniç qarşılığında braziliyalı futbolçunu "qoca sinyora"ya göndərməyi planlaşdırır. Klublar hazırda "barter" şərtlərini müzakirə edirlər.
Turin klubunun baş məşqçisi Mauritsio Sarri Pyaniçi sərbəst buraxmağa hazırdı.
Cari mövsümdə La Liqada 16 matçda meydana çıxan Artur 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər