"Barselona"nın futbolçusu yeni mövsümə bu klubda başlayacaq - RƏSMİ

"Barselona"nın futbolçusu yeni mövsümə bu klubda başlayacaq - RƏSMİ

"Barselona" rəsmi saytı vasitəsi ilə müdafiəçi Sercino Destin icarəyə verildiyini açıqlayıb.

Fanat.Az-ın məlumatına görə, 22 yaşlı oyunçu PSV-yə icarəyə verilib.

Razılaşmaya əsasən, Amsterdam təmsilçisi icarə müqaviləsi başa çatandan sonra Destin transfer hüquqlarına yiyələnə bilər. PSV onu heyətinə qatandan sonra digər kluba satsa, gəlirin müəyyən hissəsi "Barsa"ya çatacaq. 

Qeyd edək ki, Kataloniya təmsilçisi Desti 2020-ci ilin oktyabrında, 21 milyon avro qarşılığında "Ayaks"dan almışdı. 

Nihat   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər