Xavi "Barselona"nın baş məşqçisi ola bilər.
Fanat.Az "Mundo Deportivo"nun jurnalisti Fransesk Aqiların "Twitter" hesabına istinadən xəbər verir ki, "Barselona"nın bir neçə vacib oyunçusunun istəyi ilə rəhbərlik Xaviyə təklif göndərib. Futbolçular ispan mütəxəssisdən katalon klubunun təklifini qəbul etməsini xahiş ediblər.
Kike Setyen baş məşqçi postunda olduğu müddətdə Xavi detalları müzakirə etmək niyyətində deyil. O, bunun hazırkı çalışdırıcıya qarşı hörmətsizlik olduğunu düşünür. Digər tərəfdən, Xavi "Əl-Sədd"lə yolları yaxşı şəkildə ayırmaq istəyir.
Xavi "Barselona"nın prezidentliyinə namizəd Vikto Fontun dəstəkçisidi. Amma hazırkı vəziyyətdə prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, 40 yaşlı mütəxəssisin baş məşqçi postuna təyinatı prioritetə çevrilib.
Fanat.Az