"Barselona"nın əsas transfer hədəfi bilindi - Danışıqlar gedir 

"Barselona"nın əsas transfer hədəfi bilindi - Danışıqlar gedir 

"Barselona"nın bu yay əsas transfer hədəfinin adı məlum olub.

Fanat.Az xəbər verir ki, bu, "Atletik"in vingeri Niko Uilyamsdır. 

Məlumatı "Diario Sport" yayıb. Mənbənin məlumatına görə, Kataloniya təmsilçisinin idman direktoru Deko artıq futbolçunun agenti ilə əlaqə saxlayıb, müqaviləni başa çatdırmaq üçün mümkün olan hər şeyi edəcəyinə söz verib.

Təzminatın məbləği 50-60 milyon avro arasında olacağı bildirilir. "Barselona"nın təklif etdiyi məbləğ qarşı tərəfə bir neçə mərhələdə çatdırılacaq.

Keçən mövsüm Uilyams "Atletik"in heyətində bütün yarışlarda 37 oyun keçirib, burada 8 qol vurub və 17 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər