"Barselona"nın Destlə bağlı planı baş tutmadı

"Barselona"nın Destlə bağlı planı baş tutmadı

"Barselona" müdafiəçisi Serjinyo Dest ilə bağlı qərar verib. 

Fanat.Az-ın xəbərinə görə, Kataloniya klubu amerikalı futbolçunu heyətinə saxlayacaq. 

Məlumatı "Barca Universal" yayıb. Əslində La Liqa klubu "Milan"da icarə müddəti bitdikdən sonra geri qayıdan Serjinyonu satmağı planlaşdırırdı. Lakin futbolçunu transfer etmək istəyən klub yoxdur. Əslində hazırda sağ cinah müdafiəçisinə ehtiyacı olan "Barselona" üçün Dest faydalı ola bilər. 

Qeyd edək ki, ABŞ millisinin üzvü qışda "Mançester Yunayted"in maraq dairəsində idi. Lakin hazırda futbolçu İngiltərə klubunun baş məşqçisi Erik ten Haqım diqqətini çəkmir. 

Xatırladaq ki, Serjinyo Dest 2020-ci ildən "Barselona"nın üzvüdür. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər