"Barselona"nın baş məşqçisi Messi ilə münasibətlərindən danışdı

"Barselona"nın baş məşqçisi Messi ilə münasibətlərindən danışdı
"Barselona"nın baş məşqçisi Kike Setyen "Alaves"lə oyundan (5:0) sonra Lionel Messi ilə münasibətlərindən danışıb.
Fanat.Az Goal.com-a istinadən xəbər verir ki, Setyen bunları deyib:
"Messi ilə münasibətim digər oyunçulara qarşı olan münasibətimdən fərqlənmir. Sadəcə, bəzi futbolçular ünsiyyətə daha çox meyillidilər və bu səbəbdən onlarla daha tez-tez danışırıq. Amma Messi ilə də münasibətimiz yaxşıdı.
"Barselona"dakı vəziyyət haqda çox düşündüyümüz doğrudu. Çempionlar Liqası ilə bağlı böyük planlarımız var. Bu barədə danışdıq və bir neçə məqama aydınlıq gətirdik. 
Bütün bunlar "Alaves"lə oyunun nəticəsinə (5:0) təsir göstərdi. Artıq gələcəyə dair daha inamlıyıq və fərqli düşüncə tərzinə sahibik".
Qeyd edək ki, "Barselona" La Liqada mövsümü əzəli rəqibi "Real"ın 5 xal gerisində, ikinci sırada bitirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər