Filipe Kountinyo üçün Qaret Beyl və 70 milyon avro

Filipe Kountinyo üçün Qaret Beyl və 70 milyon avro
"Barselona"nın yanvarda heyətinə qatdığı Filipe Kountinyo ötən yay "Real"a transfer oluna bilərmiş. Fanat.Az xəbər verir ki, bu barədə Braziliyanın "Edicinoes Amphora" qəzeti məlumat yayıb.
Qəzet iddia edib ki, "Liverpul" bu futbolçuya qarşılıq "Real"dan Qaret Beyl və 70 milyon avro tələbe edib. Lakin Madrid klubu bu tələbi yeninə yetirməyib. Nəticədə Kountinyo qışda "Barselona"ya transfer olunub.
Qeyd edək ki, "Barselona" Kountinyonun transferi üçün "Liverpul"a 120 milyon avro ödəyib. Daha 40 milyon avronun isə bonus şəkilində ödənilməsi gözlənilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər