"Barselona" yeni transfer hədəfi seçib.
Fanat.Az xəbər verir ki, bu barədə "Barca Times" məlumat yayıb.
Mənbənin məlumatına görə, kataloniyalılar "Napoli"nin vingeri Xviça Kvaratsxeliya ilə ciddi maraqlanır.
"Barselona"nın rəhbərliyi futbolçunun nümayəndələri ilə ilkin danışıqlar aparıb və mövsümün sonunda onunla müqavilə imzalamağa hazırlaşırlar. İspaniya nəhəngi müqaviləni 90-100 milyon avroya razılaşdıra biləcəyinə inanır.
Kvaratsxeliya bu mövsüm neapolluların heyətində 31 oyun keçirib. Yarımmüdafiəçinin aktivində 6 qol və 5 məhsuldar ötürmə var. Gürcü futbolçunun "Napoli" ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
Mirağa