"Barselona"lı vunderkinddən rekord - İspaniya tarixində bunu bacaran olmayıb

"Barselona"lı vunderkinddən rekord - İspaniya tarixində bunu bacaran olmayıb

La Liqanın 24-cü turunun “Barselona” – “Qranada” oyunu keçirilib. 

Fanat.Az xəbər verir ki, 3:3 hesablı heç-heçə başa çatan görüşdə Lamin Yamal kataloniyalıların heyətində dubla imza atıb. 

"Opta Sport"un hesablamasına görə, hazırda aktivində La Liqada vurduğu 3 qol olan 16 yaşlı vinger rekorda imza atıb. İspaniya çempionatı tarixində heç kim 17 yaşına çatana qədər daha çox qol vurmayıb.

Bu göstəricidə ikinci yeri bu yaşda hərəyə 2 qol vuran Ansu Fati və İker Muniain bölüşür.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər