“Barselona”dan səfərdə çətin qələbə

“Barselona”dan səfərdə çətin qələbə

İspaniya La Liqasında 4-cü turuna yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha üç görüş baş tutub.

“Malyorka” - “Atletik” matçında qapılara qol vurulmayıb. “Jirona” evdə “Las Palmas”ı minimal hesabla üstələyib. Səfərdə “Osasuna” ilə qarşılaşan “Barselona” isə çətin qələbəyə sevinib.

Bu gün keçirilməli olan “Atletiko” - “Sevilya” matçı da güclü fırtına xəbərdarlığı səbəbindən təxirə salınıb.

Hazırda “Real” 12 xalla vahid liderdir. “Jirona” və “Barselona”nın 10, “Atletiko”, “Atletik”, “Kadis” və “Betis”in 7 xalı var.

İspaniya, La Liqa 4-cü tur 1 sentyabr

Kadis – Vilyarreal 3:1 Qollar: Ramos, 18. Maçis, 30-pen; 50 – Sörlot, 10.

Almeriya – Selta 2:3 Qollar: Akieme, 54. Arribas, 68 – Nunyes, 24. Larsen, 33. Svedberq, 87.

2 sentyabr

Real Sosyedad – Qranada 5:3 Qollar: Kubo, 9; 44. Zubimendi, 59. Barreneçea, 67. Boş, 76-öz qapısına – Le Normand, 35-öz qapısına. Boye, 83. Saraqosa, 90+9.

Real – Xetafe 2:1 Qollar: Xoselu, 47. Bellingem, 90+5 – Mayoral, 11.

Alaves – Valensiya 1:0 Qol: C.Özkaçar, 6-öz qapısına.

Betis – Rayo Valyekano 1:0 Qol: V.Xose, 53.

3 sentyabr

Jirona – Las Palmas 1:0 Qol: Portu, 88.

Malyorka – Atletik 0:0

Osasuna – Barselona 1:2 Qollar: Avila, 76 – Kunde, 45+1. Levandovski, 86-pen.

Atletiko – Sevilya matçı təxirə salınıb

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər