“Barselona”dan Neymar üçün yeni təklif

“Barselona”dan Neymar üçün yeni təklif
"Barselona” Neymar üçün PSJ-yə yeni təklif göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə "Le10sport” portalı məlumat yayıb. Kataloniya klubu 27 yaşlı braziliyalı hücumçu üçün PSJ-yə Flip Koutinyo, İvan Rakitiç və 40 milyon avro təklif edib.
PSJ isə bir müddət əvvəl Neymarın qarşılığında "Barselona”dan Nelson Semedu, Flip Koutinyo və 50 milyon avro istəmişdi. Amma kataloniyalılar Semedunu verməkdən imtina edib və Rakitiçi göndərməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Neymar iki il əvvəl "Barselona”dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya keçib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər