"Barselona"dan Neymar açıqlaması: "Dünya futbolu üçün gülüş mənbəyi olmayacağıq"

"Barselona"dan Neymar açıqlaması: "Dünya futbolu üçün gülüş mənbəyi olmayacağıq"
"Barselona"nın prezidenti Xosep Mariya Bartomu Neymarın transferinin baş tutmaması ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, klub başçısı PSJ-nin tələblərinə görə keçidin alınmadığını bildirib. Onun sözlərinə görə, ÖSJ 150 milyon avro, həmçinin 3 futbolçu – Jan-Klera Todibo, İvan Rakitiç və Osman Dembelenin icarə verilməsini istəyib.
"Hər şey bitdi. Biz bütün dünya futbolu üçün gülüş mənbəyi olmayacağıq" - deyə Bartomeu qeyd edib. 
Qeyd edək ki, Neymarın PSJ ilə müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər