"Barselona"dan Neymar açıqlaması

"Barselona"dan Neymar açıqlaması
PSJ-nin futbolçusu Neymarın sabiq klubu "Barselona"ya qayıdacağı ilə bağlı iddialar irəli sürülüb. 
Fanat.Az xəbər verir ki, məsələ ilə bağlı Kataloniya klubunun prezidenti Xosep Maria Bartomeu açıqlama verib.
İspaniya mətbuatına danışan Bartomeu yayılan xəbərləri təkzib edərək: "Neymar "Barsa”nı tərk etdi və qayıtması da gözlənilmir. Bizim Neymarı yenidən bura gətirmək kimi bir planımız yoxdu. Yanvarda komandaya yeni futbolçular cəlb etmək niyyətində deyilik. Ernesto Valverdenin klubla iki illik müqaviləsi var. Onun xidmətindən razıyıq".
Qeyd edək ki, Neymar ötən mövsüm 222 milyon avro qarşılığında PSJ-yə transfer edilib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər