"Barselona"dan Messiyə müddətsiz müqavilə təklifi

"Barselona"dan Messiyə müddətsiz müqavilə təklifi
"Barselona” Lionel Messiyə yeni müqavilə təklif edib.
Fanat.Az "El Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya klubu 32 yaşlı argentinalı forvarda 2021-ci ilin yayında başa çatacaq müqaviləsini karyerasının sonunadək uzatmağı təklif edir.
Qeyd edək ki, Messi 2004-cü il oktyabrın 16-da "Barselona”da debüt edib. O, 10 dəfə İspaniya və 3 dəfə klublararası dünya çempionu olub. Forvard 6 dəfə ölkə kubokunun, 8 dəfə ölkə Super Kubokunun, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun qalibi adını qazanıb. Argentinalı futbolçu 5 dəfə "Qızıl top”a və 6 dəfə isə "Qızıl buts”a layiq görülüb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər