"Barselona"dan ikinci transfer

"Barselona"dan ikinci transfer
Dünən "Valensiya"dan Ceyson Murilyonu icarəyə götürən "Barselona" ikinci transferini etməyə yaxındı.
Fanat.Az İspaniya mediasına istinadən xəbər verir ki, kataloniyalılar "Ayaks"dan Frenki de Yonqun keçidini rəsmiləşdirmək üzrədi.
21 yaşlı yarımmüdafiəçini "Mançester Siti" və PSJ də istəyir. Hətta ingilislər onun üçün "Ayaks"a 66 milyon avro təklif edib. Ancaq de Yonqun "Barselona"ya keçmək ehtimalının daha çox olduğu bildirilir. 
Qeyd edək ki, "Ayaks" de Yonqu 2015-ci ildə "Villem II"dən 1 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 40 milyon avro qiymət qoyub. 21 yaşlı yarımmüdafiəçi cari mövsümdə oynadığı 26 rəsmi matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər