"Barselona"dan çılğın transfer: 145 milyon avro

"Barselona"dan çılğın transfer: 145 milyon avro
"Barselona" yayda heyətinə qatma bilmədiyi Filipe Koutinyonun transferi üçün yenidən hərəkətə keçib. Fanat.Az xəbər verir ki, bu barədə "El Mundo Deportivo" və "Sport" qəzetləri məlumat yayıb.
İspaniyanın aparıcı media orqanlarının yaydığı xəbərdə bildirilir ki, "Barselona" qısa müddət ərzində "Liverpul"a yeni təkliflə müraciət edəcək. Bu dəfəki təklifin dəyəri 145 milyon avro olacaq.
Kataloniya klubu 25 yaşlı braziliyalı futbolçuya illik 14 milyon avro maaşla 5 illik müqavilə təklif edəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər