Nelson Semedu "Barselona"nı tərk edə bilər.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Semedu komandadan ayrılmağa hazır olduğunu "Barselona" rəhbərliyinin nəzərinə çatdırıb. Portuqaliyalı futbolçunun prioritet hədəfi "Mançester Siti"yə keçməkdi.
Katalon klubu Semedunu hansısa oyunçu ilə dəyişmək əvəzinə, maddi təzminat tələb edir. 26 yaşlı oyunçunun adı "Siti" ilə yanaşı, "Yuventus" və "İnter"lə də birlikdə hallanır.
Cari mövsümdə 29 matçda forma geyən Semedu 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transferini 32 milyon avro dəyərində qiymətləndirir.
Fanat.Az