"Barselona" Braziliyanın "Santos" klubundan Rodriqo Silva de Qoisi transfer etməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, 17 yaşlı forvardın atası danışıqlar üçün Barselonaya gəlib.
"Yeni Nrymar" adlandırılan Rodriqonun "Santos"la 2022-ci ilə qədər müqaviləsi var. "Barselona" onun üçün braziliyalılara 50 milyon avro ödəməli olacaq.
Qeyd edək ki, Rodriqo Silva de Qois əsas komandada 7 oyun keçirib və 2 qola imza atıb. O, 17 yaşadək futbolçulardan ibarət Braziliya millisində 4 oyunda 3 qol vurub.
Fanat.Az