"Barselona" heyətdə genişmiqyaslı dəyişiklik etmək niyyətindədi.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, "Barselona" 12 futbolçusunu satmağa hazırdı. Siyahıya Neto, Nelson Semedu, Samuel Umtiti, Xunior Firpo, İvan Rakitiç, Arturo Vidal, Usman Dembele və Martin Breytueyt aiddi.
Sözügedən oyunçularla yanaşı, icarədə olan Karles Alenya, Rafinya, Jan-Kler Todibo və Filippe Koutinyo ilə də yolların ayrılacağı gözlənilir.
Katalon klubu 2019-20 mövsümündə La Liqanı əzəli rəqibi "Real"ın 5 xal gerisində, ikinci sırada bitirib.
Fanat.Az