145 milyonluq transfer "Barselona"dan gedə bilər

145 milyonluq transfer "Barselona"dan gedə bilər
"Liverpul" "Barselona"nın futbolçusunu transfer etmək istəyir.
Fanat.Az xəbər verir ki, "qırmızılar" Kataloniya klubunun Dortmund "Borussiya"sından 145 milyon avroya aldığı Osman Dembeleyə elçi düşüb.
"Barselona"ya transfer olunduqdan bir müddət sonra zədələnən və uzun müddət yaşıl meydanlardan kənarda qalan başa çatan mövsümdə oynadığı 23 rəsmi oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə edib. Baş məşqçi Ernesto Valverdenin onun performansından razı olmadığı və yaşı təklif gələcəyi halda satılmasını istədiyi bildirilir. "Liverpul"un baş məşqçisi Yurgen Klopp isə Dembelenin transferində israrlıdı. Futbolçu özü də Premyer Liqada oynamaq istəyir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər