"Barselona"da şok: 10 həftə oynamayacaq

"Barselona"da şok: 10 həftə oynamayacaq
"Barselona" zədəli futbolçusu Usman Dembelenin son durumu haqda məlumat yayıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı oyunçunun 10 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.  Onun əzələsində zədə aldığı vurğulanıb.
Qeyd edək ki, bu, Dembelenin cari mövsüm üçüncü əzələ zədəsidir.
Xatırladaq ki, Fransa millisinin üzvü Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Borussiya" ilə matçda zədələnmişdi.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər