"Barselona"da qalmaqal: Futbolçular məşqçidən narazıdılar

"Barselona"da qalmaqal: Futbolçular məşqçidən narazıdılar
"Barselona"nın futbolçuları köməkçi-məşqçi Eder Sarabiyanın Madrid "Real"ı ilə oyundakı hərəkətlərindən narazıdılar.
Fanat.Az xəbər verir ki, oyunçular Sarabiyanın emosional hərəkətlərinin düzgün olmadığını düşünürlər. İspaniyanın "Vamos" telekanalı mütəxəssislərin köməkliyi ilə 39 yaşlı məşqçinin dodaq hərəkətlərini "oxuyub" və bu barədə süjet hazırlayıb.
Qeyd edək ki, yayılmış görüntülər sayəsində Sarabiyanın Antuan Qrizmannın ünvanına təhqiramiz sözlər dediyi bəlli olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər