Artur artıq "Barselona"da oynamaq istəmir.
Fanat.Az Goal.com-a istinadən xəbər verir ki, Artur klubun düşərgəsinə qayıtmaq niyyətində deyil. 23 yaşlı futbolçu bu barədə rəhbərliyi məlumatlandırıb.
Artur koronavirus testindən keçdikdən sonra "Napoli" ilə oyunun hazırlıqlarına başlamalı idi. Katalon klubu cərimələnəcəyini və hüquqi yollara baş vuracaqlarını braziliyalı oyunçunun nəzərinə çatdırıb. Bununla belə, Artur qərarında israr edir.
Qeyd edək ki, "Yuventus" 72 milyon avro ödəyərək Arturu transfer edib. Anlaşmada 10 milyon avro dəyərində bonuslar da nəzərdə tutulub. O, Çempionlar Liqası başa çatdıqdan sonra "qoca sinyora"nın heyətinə qoşulmalıdı.
Fanat.Az