PSJ-nin hücumçusu Usman Dembele "Barselona"da çıxış etdiyi dönəmi yada salıb.
Fanat.Az xəbər verir ki, "Sport.es" 2017-2023-cü illər aralığında Kataloniya təmsilçisinin uğurları üçün çalışmış futbolçunun dediklərini belə çatdırıb:
"Mən "Barsa"ya qoşulanda 20 yaşım var idi. Onadək peşəkar futbolda cəmi yarım il təcrübə qazanmışdım. "Barselona"da öyrənir, dərs alırdım. Orada çox çətinliklərim olub. Nələrdən keçdiyimi bilirəm. Zamanla hər şey yaxşıya doğru dəyişməyə başladı. Mənim yaşadıqların gənc oyunçu üçün tam normal haldır".
Xatırladaq ki, 2017-2023-cü illər aralığında "Barselona"da çıxış edən Usman ötən yay PSJ-yə keçib.