"Barselona"nın danimarkalı müdafiəçisi Andreas Kristensen milli komandanın düşərgəsində zədələnib.
Fanat.Az xəbər verir ki, o, AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində martın 23-də Finlandiya ilə keçirilən oyunda (3:1) sıradan çıxıb.
Kristensenə sol baldır əzələsinin yırtığı diaqnozu qoyulduğu iddia edilir. Onun sağalması üçün ən azı 3-4 həftə vaxt lazımdır. Futbolçu bu gün "Barselona"ya qayıdacaq və bundan sonra onun diaqnozu dəqiqləşəcək. Beləliklə, danimarkalı İspaniya kubokunun 1/2 final mərhələsinin "Real Madrid"lə aprelin 5-də baş tutacaq cavab oyununda kataloniyalılara kömək etməyəcək.
Mirağa