"Barselonada aslana döndüm, Los Ancelsdə isə..." - İbrahimoviç

"Barselonada aslana döndüm, Los Ancelsdə isə..." - İbrahimoviç

Bu yaxında futboldan ayrıldığını elan edən Zlatan İbrahimoviç sosial şəbəkə hesabında karyerası ilə bağlı paylaşım edib.

Fanat.Az xəbər verir ki, isveçli ulduz hücumçu karyerasını bir neçə cümlə ilə belə ifadə edib:

“Hər şey bir arzu ilə başladı. Malmödə anadan oldum. Amsterdamda böyüdüm. Turində daha müdrik oldum. Barselonada aslana döndüm. Milanda daha da yüksəldim və Parisdə yeni perspektivlər əldə etdim. Mançesterdə əsəblərimə hakim oldum və Los-Ancelesdə əyləndim. Nəhayət, Milanda yeni evimdə rahatlıq tapdım”.

Qeyd edək ki, 2023-cü ilin oktyabrında 42 yaşı tamam olacaq forvard zədə səbəbindən ötən mövsüm “Milan”ın heyətində A Seriyasında cəmi 4 oyuna çıxıb və 1 qol vurub.

“Barselona”, “Yuventus”, “İnter”, PSJ, “Mançester Yunayted” və “Los Anceles Qalaksi” klublarında oynayan xarizmatik hücumçu İsveç millisində 53 oyuna çıxıb, 30 qol vurub və 4 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər