"Barselona" "Yeni Messi"ni əldən verir

"Barselona" "Yeni Messi"ni əldən verir
"Barselona" "La Masia" bazasının yeni yetirmələrindən olan Robert Navarronı əldən buraxa bilər.
Fanat.Az İspaniyanın "Sport" qəzetinə istinadən xəbər verir ki, 15 yaşlı futbolçu "Mançester Siti"yə transfer olunmaq üzrədi. Məlumata görə, gənc istedadı "Yuventus", "Monako" və "Arsenal" da istəyir. Amma o, Pep Qvardiolanın israrı ilə böyük ehtimalla "Mançester Siti"yə transfer olunacaq. 
İddia olunur ki, "Barselona" rəsmilərinin Navarronu komandada saxlamağa razı salmaq üçün cəmi 1 həftə vaxtı var. Əks halda 15 yaşlı futbolçu bir həftə sonra sərbəst qalacaq.
Qeyd edək ki, Navarro "Barselona"nın "Yeni Messi"si adlandırılır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər