"Barselona" yeni məşqçilərini sifariş edə bilmədi

"Barselona" yeni məşqçilərini sifariş edə bilmədi

"Barselona" yeni məşqçilər korpusunu qeydiyyatdan keçirə bilmir. 

Fanat.Az xəbər verir ki, informasiyanı  “Marca” yayıb.

Mənbənin məlumatına görə, səbəb maliyyə problemləridir. Mayın 29-da Hans-Diter Flikin baş məşqçi təyin olunduğunu elan edən kataloniyalılar onu və  köməkçilərini qeydiyyatdan keçirə bilmirlər. Klub ilk növbədə yeni vəsait cəlb etməli və ya pul qazanmalıdır.

O da əlavə olunub ki, "Barselona" La Liqanın son mövsümündə komandada olan futbolçularının heç də hamısını növbəti mövsüm üçün sifariş edə bilmir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər