"Barselona" yeni baş məşqçisini açıqladı - RƏSMİ

"Barselona" yeni baş məşqçisini açıqladı - RƏSMİ
"Barselona" yeni baş məşqçisini açıqlayıb.
Fanat.Az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda niderlandlı Ronald Kumana tapşırılıb. 
57 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. O, bu postda istefaya göndərilmiş Kike Setyeni əvəzləyib. 
Qeyd edək ki, "Barselona" UEFA Çempionlar Liqasının 1/4 finalında Almaniya "Bavariya"sına 2:8 hesabı ilə uduzub. Ronald Kuman futbolçu karyerasında 1989 - 1995-ci illərdə "Barselona"da oynayıb. O, 1998 - 2000-ci illərdə komandada köməkçi məşqçi kimi işləyib. 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər