“Barselona” yenə “Real”la bacarmadı - VİDEO

“Barselona” yenə “Real”la bacarmadı - VİDEO

İspaniya Super Kubokunun sahibi müəyyənləşib. Fanat.Az xəbər verir ki, Madrid “Real”I “Barselona” ilə cavab oyununda da “El-Klasiko”dan qalib ayrılıb.

 

Səfərdə 3:1 hesablı qələbə qazanan “Kral klubu” bu dəfə də 2 top fərqi ilə qalib gəlib. Qonaqların qapısına ilk yarıda 2 cavabsız qol vuran Zinəddin Zidanın yetirmələri ümumi hesabda rəqibini böyük fərqlə üstələyib - 5:1.

 

4-cü dəqiqədə Marko Asensio uzaqdan zərbə ilə oyunda hesabı açıb. 39-cu dəqiqədə isə Karim Benzema meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb.

Tarixində 10-cu dəfə İspaniya Super Kubokunu qazanan “Real” yeni mövsümdə 2-ci tituluna yiyələnib. Paytaxt klubu ötən həftə UEFA Super Kubokunu da başı üzərinə qaldırmışdı.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər