"Barselona" yayda ilk onu transfer edəcək

"Barselona" yayda ilk onu transfer edəcək

"Barselona" ilk yay transferini seçib. 

Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi "Bayern Münhen"in müdafiəçisi Benjamin Pavara elçi düşüb. 

Məlumatı "Bild" yayıb. 26 yaşlı fransalı futbolçu Almaniya klubu ilə müqaviləsini yeniləmək istəmir. Onu cari sözləşməsi 2024-cü ilin yayında başa çatır. 

"Barselona" yayda Pavarı heyətinə cəlb etməyi planlaşdırır. 

Qeyd edək ki, Fransa millisinin üzvü 2019-cu ildən "Bayern Münhen"də çıxış edir. 94 oyunda meydana çıxan müdafiəçi 5 qola imza atıb. 

Röya  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər