"Barselona" yarımmüdafiəçi Lamin Yamalla yeni müqavilə imzalayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
O, bu barədə kataloniyalıların idman direktoru Dekonun dediklərini belə çatdırıb: “Klub Laminin 18 yaşı tamam olanda onun müqaviləsini uzadacaq. Biz artıq bu istiqamətdə işlərə başlamışıq. Yamalın hazırkı müqaviləsinin sonuna hələ hələ üç ili var. O, 18 yaşını qeyd edəndə, biz müqaviləni uzadacağıq”
Qeyd edək ki, 16 yaşlı Yamal Kataloniya nəhənginin yetirməsidir. Yarımmüdafiəçi bu mövsüm "Barselona"nın heyətində 32 matçda iştirak edib və bu görüşlərdə 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
Mirağa