"Barselona" Vitor Rokeyə əvəzləyici tapdı - Cəmi 4 milyona

"Barselona" Vitor Rokeyə əvəzləyici tapdı - Cəmi 4 milyona

"Barselona" klubu yay transfer pəncərəsində "Betis"in hücumçusunu heyətinə qata bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb. 

Mənbənin məlumatına görə, kataloniyalılar 4 milyon avro qiyməti olan Ayose Peresi heyətinə qatmaq variantını nəzərdən keçirir. Ona komandadan ayrılacağı gözlənilən Vitor Rokenin əvəzləyicisi gözü ilə baxılır. Braziliyalı "Barselona"da oyun praktikasının azlığından narazıdır. 

30 yaşlı Peres ötən mövsüm İspaniya çempionatında 31 matçda 9 qolla yadda qalıb. Futbolçu əvvəllər İngiltərə Premyer Liqasında "Nyukasl" və "Lester"də çıxış edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər