"Barselona" və "Yuventus" bu gənc uğrunda mübarizəyə başladı

"Barselona" və "Yuventus" bu gənc uğrunda mübarizəyə başladı
"Ayaks"ın gənc futbolçusu Rayan Qravenberx Avropa nəhənglərinin diqqət mərkəzinə düşüb.
Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, 190 santimetr boya malik 18 yaşlı oyunçunun xidmətində "Yuventus" və "Barselona" da maraqlıdı. Hər iki klub heyətini gəncləşdirmək və böyük perspektiv vəd edən gənci rənglərinə bağlamağı qarşısına hədəf qoyub. 
"Yeni Poqba"adlandırılan Qravenberx 2018-ci ildən "Ayaks"ın əsas komandasındadı. O, bu mövsüm Amsterdam klubunun formasıyla 4 çempionat matçına çıxıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər