"Barselona" hücumçusunu "Yuventus"a təklif edib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Corriere dello Sport" yayıb.
Mənbə Kataloniya təmsilçisinin 28 yaşlı futbolçusu Memfis Depayın Turin klubuna transferində maraqlı olduğunu açıqlayıb. Xəbərə görə, yeni futbolçularını sifariş edə bilməyən "Barsa" maaş fondunu azaltmaq məcburiyyətindədir və bu üzdən satışa çıxarılan Depaya iş yeri axtarır. "Qoca sinyora" rəhbərliyinin təklifi müsbət qarşıladığı və tərəflərin bu yöndə danışıqları davam etdirdiyi vurğulanıb.
Xatırladaq ki, Depay "Barselona"ya ötən ilin yayında, azad agent qismində qoşulub. "Blauqrana"nın forması ilə ümumilikdə 37 matça çıxan niderlandlı ulduz 13 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun kataloniyalılarla imzaladığı müqavilənin müddəti gələn ilin yayına qədərdir.
Nihat