Ötən ilin noyabrda futbolçu karyerasını başa vuran "Barselona"nın sabiq müdafiəçisi Jerar Pike keçmiş komandası ilə bağlı maraqlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, "Rac 1" Pikenin dediklərini belə çatdırıb:
“Barselona”nın oyunlarına bəzən baxıram. Keçmiş komandamın oyunlarını arada izləsəm də, onun üçün darıxmıram. Ümumiyyətlə, futbol karyeram üçün darıxmıram”.
Pike "Barselona"da üç dəfə Çempionlar Liqasının qalibi olub. O, daha bir dəfə "Mançester Yunayted"lə həmin kuboku qazanıb.
Mirağa