"Barselona" yay transfer pəncərəsində bir neçə futbolçusu ilə ayrılacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "El Chiringuito" məlumat yayıb.
Mənbənin məlumatına görə, siyahıda 35 yaşlı Robert Levandovski, 21 yaşlı Ansu Fati və 24 yaşlı Ronald Arauxo var.
Bu futbolçulara yaxşı təkliflər gələrsə, "Barselona" onları satmağa hazırdır.
Qış transfer pəncərəsi zamanı Ronald Arauxonun adı "Bayern Münhen"lə hallandırılırdı. Ansu Fati isə hazırda İngiltərədə "Brayton"da icarə əsasında çıxış edir.