"Barselona" transferini açıqladı - RƏSMİ

"Barselona" transferini açıqladı - RƏSMİ
"Valensiya"nın futbolçusu Ceyson Murilyo mövsümün sonuna kimi icarə əsasında "Barselona"da çıxış edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb. 
"Barselona" icarə haqqı olaraq 2 milyon avro ödəyəcək. Kataloniya təmsilçisi mövsümün sonu 25 milyon avro ödəyərək 26 yaşlı müdafiəçini birdəfəlik ala biləcək.
Qeyd edək ki, mərkəz müdafiəçiləri - Tomas Vermalen və Samuel Umtiti zədələndiyi üçün Kataloniya klubu bu mövqeyə yeni futbolçu alıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər