"Barselona" təslim olmamaq üçün hər şeyi edəcək" - Setyen

"Barselona" təslim olmamaq üçün hər şeyi edəcək" - Setyen
"Barselona"nın baş məşqçisi Kike Setyen komandasının La Liqada çempionluq şanslarının olduğunu qeyd edib.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, Setyen "Espanyol"la oyun ərəfəsində bunları deyib:
"Təbii ki, çempion ola bilərik. Faktlar və riyaziyyat da bunu deyir. Asan olmayacaq, amma biz son ana qədər ümidimizi itirməməliyik.
Özümüzü düşünüb bütün matçlarımızdan qalib ayrılmalıyıq. Hadisələrin necə cərəyan edəcəyi sonranın işidi. Təslim olmamaq üçün hər şeyi edəcəyik".
Sona 4 tur qalmış ikinci "Barselona" lider "Real"dan 4 xal geri qalır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər