"Barselona"nın tranfser siyahısına sürpriz futbolçu düşüb.
Fanat.Az xarici mediaya istinadən xəbər verir ki, Kataloniya klubu "Leypsiq"dən Kevin Kamplı heyətinə qatmaq istəyir. "Ayaks"dan Frenki De Yonqu transfer edə bilməyən barselonalılar sloveniyalı yarımmüdafiəçini hədəfə alıblar.
Qeyd edək ki, "Leypsiq" Kevin Kamplı 2017-ci ilin yayında "Bayer"dən 20 milyon avroya alıb. Sloveniya millisinin üzvü bu komnadanın heyətində keçirdiyi 43 oyunda 2 qol vurub və 6 məhsuldar ötürmə edib.
Fanat.Az