Mövsümün sonunda baş məşqçi Xavi ilə yollarını ayıracaq "Barselona"nı çalışdırmağa daha bir namizədin adı bəlli olub.
Fanat.Az xəbər verir ki, məlumatı "Fanatik" yayıb.
Xəbərə görə, Kataloniya klubunun prezidenti Joan Laporta Xavini Frank Raykardla əvəzləmək istəyir. Niderlandlı çalışdırıcı İspaniya nəhənginə dönüb-dönməyəcəyinə hələ cavab verməyib.
Qeyd edək ki, Raykard 1998-2000-ci illərdə Niderland millisinə başçılıq edib. Daha sonra Hollandiyanın "Sparta" (2001-2002), İspaniyanın "Barselona" (2003-2008) və Türkiyənin "Qalatasaray" (2009-2010) klublarına rəhbərlik etmiş mütəxəssis son olaraq Səadiyyə Ərəbistanı millisini (2011-2013) çalışdırıb.
Nahid Məmmədov