Cari mövsümün sonunda "Barselona"nın baş məşqçi postunu tərk edəcəyi gözlənilən Xavini kimin əvəzləyə biləcəyi ilə bağlı yeni məlumat yayılıb.
Fanat.Az "Relevo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin prezidenti Joan Laporta və idman direktoru Deku "Arsenal"ın baş məşqçisi Mikel Artetanı komandanın "sükanı arxası"na gətirməkdə israrlıdırlar.
Xəbərə görə, Laporta şəxsən Artetaya zəng vuraraq onu klubun gələcək layihəsi ilə tanış edib və ona çox güvəndiyini bildirib.
Qeyd edək ki, "topçular"ın ispaniyalı çalışdırıcısı daha öncə İspaniya nəhənginin "sükanı arxası"na keçməyə hazırlaşmadığını demişdi.
Nihat