"Barselona" "Real"ın oyunçusuna "elçi düşüb"

"Barselona" "Real"ın oyunçusuna "elçi düşüb"
"Barselona" "Real"ın rezerv komandası - "Kastilya"da çıxış edən Sesar Jelabertlə maraqlanır.
Fanat.Az "As" nəşrinə istinadən xəbər verir ki, "Barselona" Jelaberti 2015-cı ildən izləyir. O zaman ispan futbolçu "Erkules"də çıxış edirdi.
Jelabertin "Real"la müqaviləsi 2021-ci ilin yayında başa çatır. Hələlik o, Madrid klubu ilə sözləşmə yeniləməyib. Baş məşqçi Zinəddin Zidan Jelaberti perspektivli oyunçu hesab etdiyindən, yaxın günlərdə "Real"ın yeni müqavilə təklif edəcəyi gözlənilir.
"Barselona" ilə yanaşı, "Mançester Yunayted", "Arsenal", Dortmund "Borussiya"sı və "Lion" da 19 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər