"Barselona" Rakitiçlə bağlı qərarını ÇL-dən sonra verəcək

"Barselona" Rakitiçlə bağlı qərarını ÇL-dən sonra verəcək
İvan Rakitiçin "Barselona"dakı gələcəyi qeyri-müəyyən olaraq qalır.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Barselona" Çempionlar Liqası bitdikdən sonra Rakitiçlə bağlı qərarını verəcək.
32 yaşlı futbolçunun 10 milyon avro qarşılığında komandanı tərk etmək ehtimalı yüksəkdi. Keçmiş klubu "Sevilya" yenidən onunla maraqlanır.
Rakitiç 2019-20 mövsümündə 41 matçda meydana çıxıb və 1 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər