"Barselona" Qrizmannla bağlı qərarını verdi

"Barselona" Qrizmannla bağlı qərarını verdi
Antuan Qrizmann mövsümün sonunda "Barselona"nı tərk etməyəcək.
Fanat.Az "L’Equipe" nəşrinə istinadən xəbər verir ki, "Barselona" bu yay Qrizmannla yolları ayırmaq niyyətində deyil. Katalon klubunun rəhbərliyi artıq fransız futbolçunun təmsilçilərini bu barədə məlumatlandırıb.
Qrizmann "Vilyarreal"la görüşdə gözəl qolla yadda qalmışdı. 29 yaşlı hücumçu fevral ayından bəri fərqlənə bilmirdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər