"Barselona" Qavinin yoxluğunu necə sığortalayacaq? - Klub prezidenti açıqladı

"Barselona" Qavinin yoxluğunu necə sığortalayacaq? - Klub prezidenti açıqladı

"Barselona"nın prezidenti Joan Laporta uzun müddətə sıradan çıxan Qavinin yoxluğunu hansı yolla sığortalayacaqlarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, " Mundo Deportivo" onun dediklərini belə çatdırıb:

"Maliyyə feyr-pleyinin tələblərini pozmamaq şərti ilə, yeni yarımmüdafiəçi tapmaq istəyirik. Həmin oyunçu cari mövsümün sonuna qədər icarəyə götürüləcək. Bir vaxtlar Edqar Davidsi götürdüyümüz kimi". 

Xatırladaq ki, 2003/2004 mövsümünün ikinci yarısını "Barselona"da keçiriən Davids "Yuventus"dan icarəyə götürülmüşdü. Kataloniya təmsilçisində 20 oyun keçirən Niderland millisinin sabiq üzvü 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalmışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər