"Barselona" "Mançester Yunayted"in vingeri Meyson Qrinvudu heyətinə qatmağa can atır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Diario Sport" yayıb.
Xəbərə görə, Kataloniya klubu bu keçidi məhz futbolçunun qiymətinin ucuz olmasına görə reallaşdırmağa çalışır. "Barselona"nın yaxında konkret addım ataraq “qırmızı şeytanlar”a rəsmi təklif göndərəcəyi bildirilir.
Xatırladaq ki, hazırda icarə əsasında "Xetafe"də çıxış edən Meyson bu mövsüm bütün turnirlərdə 26 oyun keçirib (8 qol və 5 məhsuldar ötürmə). Futbolçu sevgilisinə fiziki təcavüz göstərdiyinə görə ötən mövsümü boşa verib və 2023-cü ilin yayına qədər oynamayıb.
Mirağa