"Barselona" Pedri ilə bağlı qərarını qətiləşdirdi - SON DURUM

"Barselona" Pedri ilə bağlı qərarını qətiləşdirdi - SON DURUM

"Barselona" 21 yaşlı futbolçusu Pedri ilə bağlı qərarını qətləşdirib.

Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.

Xəbərə görə, Kataloniya təmsilçisinin idarəçiləri 21 yaşlı mərkəz yarımmüdafiəçisini komandanın ən vacib oyunçularından biri sayır və onun heyətdə saxlanılmasını olduqca vacib hesab edirlər. Mənbə İspaniya nəhənginin rəhbərliyinin artıq Pedrinin agenti ilə əlaqə saxlayaraq yeni müqavilə ilə bağlı müzakirələr apardığını vurğulayıb.

Qeyd edək ki, sözügedən futbolçunun "Barselona" ilə indiki anlaşmasının müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Pedrinin transfer qiymətini 80 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər